Vahid Əhmədov İNTİZAM Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz ÖZ ƏLİMİZDƏDİR”

“Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydasına İntizam Komissiyası baxacaq və müəyyən qərar qəbul edəcək. Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Yəni bizim taleyimiz faktiki olaraq öz əlimizdədir”. 
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. 
Deputat Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsini təklif edib. 

“Təklif edərdim ki Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər edilsin. Komissiyanın tərkibi genişləndirilsin. Komissiyanın tərkibinə pis qəbul edilməsin, ləyaqətli insanlar cəlb olunsun. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”.

 






Fikirlər