SƏHİYYƏ NAZİRİ OQTAY ŞİRƏLİYEVDƏN MÜHÜM ƏMR - işdən çıxarıldı

Səhiyyə naziri Oqtay Şirəliyevdən mühüm ƏMR - işdən çıxarıldı

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.

Bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Şamaxı RMX-nın baş həkimi Elxan Məmmədov vəzifəsindən azad edilib.

E.Məmmədov öz ərizəsi ilə işdən ayrıldığını bildirib:

"8 il idi bu vəzifəni tuturdum. Artıq səhhətimdə yaranan problemlər səbəbi ilə öz ərizəmlə işdən azad olunmuşam".

Qeyd edək ki, Xəstəxanaya yeni baş həkim təyinatı da olub. Xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu Səməd Bəşarətdin oğlu Fətəliyev Şamaxı RMX-nın baş həkimi vəzifəsinə təyin edilib.

report






Fikirlər