Rusiya agenti ABŞ-ın Məxfi Xidmətini 10 il barmağına necə doladı? – ŞOK DETALLAR

Rusiya agenti ABŞ-ın Məxfi Xidmətini 10 il barmağına necə doladı? – ŞOK DETALLAR

Amerikanın xüsusi xidmət orqanları ABŞ-ın Moskvadakı səfirliyində işləyən Rusiya kəşfiyyatının agentini ifşa edib.

Publika.az xəbər verir ki, bu haqda “Guardian” nəşri bildirib.

Nəşrin yazdığına görə, Rusiya vətəndaşı 10 ildən çoxdur ki, ABŞ səfirliyində işləyirdi və məxfi informasiyalara girişə malik idi. O, diplomatik missiyada işləmək üçün ABŞ-ın Dövlət Departamentinin Məxfi Xidməti tərəfindən işə götürülmüşdü. Neçə illər ərzində daxili yazışmalara və səfirliyin əməkdaşlarının elektron poçtuna girişə malik olan rusiyalı qadın bununla da məxfi informasiyalar alırdı.

“Guardian” bildirir ki, o, 2016-cı ildə adi yoxlama zamanı şübhə altına düşüb. Sonrakı tədqiqat göstərdi ki, qadın Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıyla daim əlaqədə olurdu.

Amerikanın xüsusi xidmət orqanları Rusiya agentini işdən dərhal çıxarmayıblar. Məqsəd onun ABŞ-a hansı zərər vurduğunu müəyyən etmək olub. O yalnız ötən ilin yayında qarşılıqlı olaraq diplomatların ixtisarından sonra işdən çıxarılıb. “Guardian”ın mənbəyi fərz edib ki, kəşfiyyatçını şübhə altından çıxarmaq cəhdi bir çoxu Rusiya vətəndaşı olan səfirliyin işçilərinin sayının ixtisarı üçün motivlərdən biri ola bilərdi. Amerika Məxfi Xidmətindən etiraf ediblər ki, xarici vətəndaşların işəgötürməsi vaxtı risk mövcuddur. Onlardan kimsə Rusiya kəşfiyyatıyla bağlı ola bilər.

“Guardian” qeyd edir ki, Federal Təhlükəsizlik Xidmətinin agentinin üzə çıxarılması dünyanın müxtəlif ölkələrində Amerika səfirliklərinin təhlükəsizliyi təmin edən Məxfi Xidmətin imicinə mənfi təsir edə bilər.

“Konqres bütün günü Rusiya hakerlərini axtarır. Amma tamamilə ola bilər ki, 2016-cı ildə seçkilər zamanı Demokratlar Partiyasının serverinə hücüm etməyə imkan verən informasiya birbaşa səfirlikdən gedirdi”, - qəzetin həmsöhbəti deyib.

Britaniya nəşri güman edilən kəşfiyyatçının adı və vəzifəsini öyrənib. Nəşr qeyd edir ki, dəfələrlə qadınla əlaqə saxlamağa və onun şərhini almağa çalışıb, amma heç vaxt cavab almayıb. 






Fikirlər