Bakıda BİNADA YANGIN baş verib - Video

“Bakıda binada yanğın baş verib - Video

Xətai rayonu, Nobel prospektindəki bir binada yanğın baş verib.

 AzerTaym.az xəbər verir ki, bina AMAY ticarət mərkəzinin qarşısında, Katolik kilisənin yaxınlığında yerləşir. Yanğın hadisəsinin hansı səbəbdən baş verməsi bilinmir.

Fövqəladə Hallar Nazirliyi Bakının Xətai rayonunda beşmərtəbəli binanın dam örtüyündə baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.

 

 

 






Fikirlər