"Qurbanov İsa peyğəmbər deyil ki, yarım dilim çörəklə futbolçuları..."

"Qurbanov İsa peyğəmbər deyil ki, yarım dilim çörəklə futbolçuları..." "Qarabağ"ın doğma divarlar arasında Ukraynanın "Dnepr" klubuna uduzmasından sonra qrupdan çıxmaq şansları bir qədər axsayıb.
Belə ki, "İnter"dən savayı digər 3 klubun 4 xalı var. Bu isə gərgin mübarizənin gedəcəyinə zəmanət verir.

İndi hamını "Qarabağ"ın Fransadan "Sent-Etyen"lə oyundan hansı nəticə ilə qayıdacağı düşündürür. Ki, bu oyun Azərbaycan klubunun qrupdan çıxmaq şansı ilə bağlı həlledici faktordur.


Bu barədə açıqlama verən futbol fanatı, millət vəkili Aqil Abbas hesab edir ki, "Qarabağ" qrupdan çıxacaq: "Vallah-billah "Sent-Etyen"i Fransada məğlub edəcəyik və qrupdan çıxacağıq. Əmin ola bilərsiniz buna. "İnter"ə isə Bakıda uduzmayacağıq. "İnter"in İtaliyada bəxti gətirdi sadəcə. Səmimi şəkildə bildirirəm ki, biz Ukraynada "Dnepr"ə uduzmalı, burada qalib gəlməli idik. Buradakı son oyunla bağlı onu deyim ki, haqsızlıqlarla üzləşdik. Qurban Qurbanova məsləhət verə bilmərəm ki, bunu elə et, onu belə et. Kimsə baş məşqçiyə desə ki, onu belə yox elə et, o zaman əmin olun ki, həmin insanın ağlı başında deyil".

Daha sonra Aqil Abbas ayın 16-sı Azərbaycan millisinin Norveç ilə oynayacağı matçla bağlı da fikrlərini bölüşdü: "Siz Mahmud Qurbanovun möcüzə yaradacağına inanırsız? Mahmud Qurbanov İsa peyğəmbər deyil ki, yarım dilim çörəklə o qədər adam doydursun. 10 gün içində o heç nə edə bilməz. Ancaq xaricdən məşqçi gətirilməlidir"

(Milli.az)
.






Fikirlər