Nəsiman Yaqublunun Rəsulzadə haqqında yeni kitabı

Nəsiman Yaqublunun Rəsulzadə haqqında yeni kitabı

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin mətbuat haqqındakı yazılarını və fəaliyyətini əhatə edən, 342 səhifədən ibarət olan kitabı “Qanun” nəşriyyatında çap edilib.

Məlumata görə, bu, M.Ə.Rəsulzadənin 140 illik yubileyi ilində çap olunan ilk geniş araşdırma və tədqiqat kitabıdır. Sözügedən nəşr həm də humanitar elmlər  və media sahəsində çalışanların  faydalanması üçün ciddi vəsaitdir.

Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında 50-dən çox yazısı oxuculara təqdim olunub. Eyni zamanda, kitabda M.Ə.Rəsulzadənin mətbuatla bağlı "İrşad", "Tərəqqi", “Təkamül”, "İrani-nov", "İqbal","Açıq söz", ”İstiqlal”  və digər qəzetdəki yazıları, Azərbaycan Parlamentindəki çıxışları tədqiq edilib.

Bundan əlavə, M.Ə.Rəsulzadənin mühacirət irsində mətbuatla əlaqəli yazıları (“Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd”), Türkiyə, Polşa rəsmiləri ilə yazışmaları, şəxsi məktublaşmaları da tədqiq edilərək oxuculara təqdim olunub.

Kitabda M.Ə.Rəsulzadənin mətbu fəaliyyətini əhatə edən bəzi yazılar rus və ingilis dillərində də oxuculara çatdırılıb.

Kitabın sonunda - "Sənədlər" bölməsində maraqlı arxiv sənədləri ilə də tanış olmaq mümkündür.

Modern.az






Fikirlər