Elçibəyin qardaşı oğlu: “İlham Əliyevin yanındayıq!”

Elçibəyin qardaşı oğlu: “İlham Əliyevin yanındayıq!” 

"Prezident İlham Əliyevi təbrik edir, ona can sağlığı arzu edirəm". 

AzerTaym.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev bildirib.

"Aşağı-yuxarı nəticənin belə olacağını gözləyirdik. Xalqımız, millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun.  Prezidentə bundan sonrakı fəaliyyətlərində yeni-yeni uğurlar diləyirik. Düşünürəm ki, səs verməklə heç nə bitmir. Xalq seçdiyi Prezidenti müdafiə etməli və ona sıx bağlı olmalıdır", - o deyib.

Hürrü Əliyev yeni dönəmdən gözləntilərini də açıqlayıb:

"Yeni dövr bizim üçün o qədər də asan olmayacaq. Cənab Prezidentin və bizim üzərimizə böyük ağırlıq düşür. Əziyyətlə əldə olunan zəfəri qorumaq vacibdir. Prezidentin xarici siyasətinə dəstək olmalıyıq ki, ciddi şəkildə iradə ortaya qoymağa davam etsin. Növbəti dövrdə bir çox sahələrdə fundamental dəyişikliklərə də ehtiyac var. Əminəm ki, bunlar baş verəcək. Xüsusi olaraq cəmiyyətin milliləşməsi, maarifləndirmə işi, layihələr, iqtisadi və mədəni sahələrdə yeni milli kadrların təmsil olunmasını təmin etmək kimi məsələləri nəzərdə tuturam. Biz də bütün məsələlərdə həmişə dövlətimizin və dövlət başçımızın yanındayıq. İnşallah uğurları artar.

Hər şey mükəmməl deyil. Nöqsanlar var. Əminəm ki, bu dövrdə nöqsanlar aradan qaldırılacaq. Arzumuz odur ki, xalqın sosial-iqtisadi rifahı daha da yüksəlsin. Hərbi sənayemiz və Ordumuz daha da inkişaf etsin". 






Fikirlər