Mask birinci, Mark səkkizinci... - Dünyanın ən zənginləri...

İlon Mask dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

"Tesla" şirkətinin qurucusu və Tviterin hazırkı sahibi İlon Maskın sərvəti hazırda 240,7 milyard ABŞ dolları olaraq qiymətləndirilir.

"Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun Prezidenti Bernard Arnault isə ikinci yerdə qərarlaşıb. Onun sərvəti 234,6 milyard ABŞ dollarıdır.

"Amazon"nun qurucusu Ceff Bezos beşinci yerdədir.

Həmçinin, siyahıda "Microsoft"un qurucusu Bill Qeytsin də adı var.

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq isə siyahıda səkkizinci yerdədir.






Fikirlər