Ərdoğan Azərbaycan xalqını təbrik etdi ...

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
AzerTaym.az xəbər verir ki, Prezident bu barədə X-də paylaşım edib.
 
"Dostumuz, qardaşımız: "iki dövlət, bir millət" şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram", - o bildirib.






Fikirlər