08.08.2014 - Müdafiə Nazirliyi İrəvanı yerlə-yeksan etməklə hədələdi

08.08.2014 - Müdafiə Nazirliyi İrəvanı yerlə-yeksan etməklə hədələdi Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın iddialarına cavab verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir: “Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, belə bir hadisə baş verərsə, Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaq. Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir. Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaq”.

Müdafiə Nazirliyi bəyan edib ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə-yeksan etmək əmrini icra etməyə hazırdır.






Fikirlər