Jurnalist taksi sürücüsü – FOTO
O həm mediada qurumlarından birində çalışır, həm də sürücülüklə məşğul olur. Publika.az xəbər verir ki, söhbət 31 yaşlı həmkarımız Emin Əliyevdən gedir. 9 ildən çoxdur mediada çalışan E.Əliyev deyir ki, çoxuşaqlı ailəsini, habelə ata-anasını dolandırmaq üçün gündüzlər qəzetlərdən birində müxbir kimi çalışır, axşamlar isə taksi sürücüsü kimi fəaliyyət göstərir. Günün ikinci yarısında Bakıətrafı qəsəbələrə sərnişin daşımaqla pul qazanan Eminin sözlərinə görə, onun qəzetdəki iş vaxtı axşam saat 18-də başa çatır. Bundan sonra isə o, taksi sürücülüyü ilə məşğul olur: “Əsas məsələ zəhmət çəkib halal yolla ailəni dolandırmaqdır”.