28.02.2014. - Bütün Taksilərə sayğac qoyulacaq

28.02.2014. - Bütün Taksilərə sayğac qoyulacaq"Ölkədə taksi fəaliyyəti ilə məşğul olan bütün avtonəqliyyat vasitələrinə sayğac quraşdırılacaq".

AzerTaym.az xəbər verir ki, bunu APA TV-yə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyib. Onun sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olmaq üçün tək lisenziya keçərli deyil. Lisenziya alan şəxs avtonəqliyyat vasitəsini pos-terminalla və sayğacla təmin etməlidir. Bundan sonra sərnişinlər ödənişi nağd pulla yanaşı plastik kartlarla da edə biləcəklər. Namiq Həsənov deyir ki, yeni qaydalar tam tətbiq olunandan sonra hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək: "Eyni zamanda lisenziya nömrəsi həmin taksi kimi fəaliyyət göstərən avtonəqliyyat vasitəsinin üzərinə yapışdırılmalıdır. Həmin yazı xüsusi formada dizayn olunmalıdır ki, digər maşınlardan fərqlənsin. Lisenziyasız fəaliyyət göstərən taksilər 100 manat, lisenziya şərtlərini pozanlar isə 50 manat məbləğində cərimə olunur. Eyni zamanda qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olursa və ya istifadə etdiyi nəqliyyat vasitəsi standartlara cavab vermirsə, o zaman həmin şəxslər taksi fəaliyyətindən kənarlaşdırılır".
Əvvəllər ölkədə 20-25 min şəxsin taksi fəaliyyəti ilə məşğul olduğunu, hazırda bu rəqəmin 10-15 minə endiyini deyən Namiq Həsənov bildirib ki, paytaxtda bu göstərici 5 minə yaxındır: "Vergilər Nazirliyi ilə danışıqlar aparmışıq ki, yeni sayğac sistemi tətbiq edildiyi zaman müəyyən vergi ödəmələri həyata keçiriləcək. Hazırda sadələşdirilmiş vergi sistemindən istifadə edilir. Amma sayğac quraşdırıldıqdan sonra orda vergi hesablamaları görünəcək. Hələ ki, taksilərdə bu sistem tətbiq edilməyib".

Yeni sistemə 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya Oyunlarınadək keçiləcək.







Fikirlər