Vidadi Zeynalov 50 yaxın avtomobil alıb? - iddia
Həmin məlumata görə, aparat rəhbəri Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı olan qaynı Ceyhun Cəfərovla birgə yeni biznes yaradıb.
Bu biznes Bakıda fəlaiyyət göstərən taksi şirkətlərinə avtomobillərin icarəyə verilməsidir. Nazirliyin aparat rəhbəri qayni ilə birgə qurduğu yeni biznes çərçivəsində ölkəyə 50 yaxın bahalı avtomobil gətirdərək taksi xidməti ilə məşğul olan şirkətə icarəyə verib. Həmin avtomobillərin hər birinə görə V.Zeynalovun adamları gündəlik olaraq 25 manat toplayırlar. Bu isə V.Zeynalova hər ay 40 min manata yaxın qazanc gətirir.
Məlumatda iddia edilir ki, aparat rəhbəri ilə icra başçısı həmin maşınlaırn alınması üçün 1,3 milyon manata yaxın xərc çəkiblər. Mənbə bildirir ki, əslində Vidadi Zeynalov özü taksi xidməti göstərən şirkət açmaq istəyib. Hətta bunun üçün ofis, qaraj və sair texniki məsələlər də həll olunubmuş. Lakin son anda V. Zeynalov fikrindən vaz kecib.
Mənbə nazirliyin aparat rəhbərinin bu fikrindən vaz keçməsini belə əsaslandırır ki, V.Zeynalov indiki iqtisadi problemlərin fonunda daha böyük iş qurmaqla gündəmə gəlməkdən ehtiyyat edib. Yəni düşünüb ki, gec-tez bu məsələ ictimailəşəcək və o zaman problemlə uzləşəcək. Çunki 800-1000 manat arasında maaş alan bir məmurun milyonlarla manat dəyərində şirkət yaratması ciddi səs-küy doğura bilər. Buna görə də, V.Zeynalov yeni girişdiyi taksi biznesi sahəsində hələlik ilkin addım kimi xaricdən gətirtdirdiyi avtomobilləri taksi şirkətinə icarəyə verməklə kifayətlənib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.