75 mənzili olan icra başçısı-ŞOK İDDİA
Dövrü mətbuatda isə məmurlarla bağlı maraqlı açıqlamalar gəlməkdədir. Məlumatların təhlili göstərir ki, son illər dövlət məmularının əyləncəsinə çevrilən vərdişlərdən biri də daşınmaz əmlak sahibi olmaq, daha qiymətli villaya sahiblənməkdir. 2 milyondan 25 milyon manata qədər aralıqda dəyişən dəyərli villaların əldə olunması bu baxımdan artıq adiləşib.
AzerTaym.az xəbər verir ki, “Gunpress.az” saytına daxil olan məlumata görə, mənzil sahibi olmaq həvəsində olan və bunu az qala, hobbi həddinə çatdıranlardan biri də Xətai rayon icra hakimiyyətinin başçısı Razmi Məmmədovdur. Verilən məlumata görə, özü hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan tikdirdiyi hər binada min kvadrat metrlərlə ölçüdə olan mənzili özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq ağılasığmaz zövqlə təmir etdirir.
Onu da qeyd edək ki, Razim Məmmədov həmçinin Novxanıda başda olmaqla, istirahət zonalarında mərkəzlərədə sahiblənib. Amma onun əsas marağı mənzillərədir. Mənbənin sözlərinə görə, hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız Bakının mərkəz hisssində 75 mənzili var ki, ən ucuz mənzilin qiyməti 350 min manatdır. Amma Razim Məmmədovun ən sevimli mənzili keçmiş “Muğan” otelinin yerində tikilən hündürmətəbəli binadadır. Mənbənin sözlərinə görə həmən binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar, bir sözlə ən böyük villalarda belə olacaq imkanları yaradıb. Mənbə bunu da sonda bildirdi ki, Razim Məmmədovun bu günə qədər diqqəti çox cəlb etməməsinin başlıca səbəblərindən biridə budur ki, o hansı bizneslə məşğul olursa-olsun mütləq bu işi şəriklə görür və şərikləri özündən qat-qat yüksək vəzifədə olanlardır. Buna görə də Razim Məmmədov bu məmuların kölgəsinə çəkilməklə diqqətdən yayına bilir. Amma deyəsən, icra başçısının bu fəndi artıq hamıya məlum olub və hazırda onun sərvətinin yüz milyonlarla manat olduğu söylənilir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.