21.02.2014. - "Ermini" dirçəldi - FOTO
AzerTaym.az 4charx.com-a istinadən bildirir ki, rodsteri yığarkən boruşəkilli karkasdan istifadə edilib və ona karbon-plastik kuzov panelləri bərkidilib. Bunun sayəsində sportkarın çəkisi cəmi 686 kiloqram təşkil edir.
Ermini Seiottosei sportkarı 320 at gücü hasil edən Renault şirkəti istehsalı iki litrlik 16 klapanlı "turbo dördlük" ilə təchiz edilib. Mühərrik altı pilləli Sadev sekvental ötürücü qutusuyla birləşdirilib. Model Toyo şinləriylə 17 düymlük OZ alüminium təkər disklərinə, həmçinin Brembo əyləc mexanizmlərinə malikdir. Qüvvət qurğusu yeni modelə 3,5 saniyə ərzində ilk "yüzü" yığmağa imkan verəcək və onun maksimal surəti saatda 270 kilometr həddində süni məhdudlaşdırılıb.
Ermini şirkətinin əsası 1946-cı ildə Florensiyada qoyulub. Son avtomobil 1962-ci ildə satılıb, sonra şirkət öz mövcudluğuna son verib.