Tanınmış fəal OD PÜSKÜRDÜ - Yol polisini məhkəməyə verir

Tanınmış fəal od püskürdü - Yol polisini məhkəməyə verir

Bəxtiyar Hacıyev vəkillərə çağırış edib

Tanınmış sosial fəal, statusları ilə ictimai rəyə təsir göstərən Bəxtiyar Hacıyev avtomobillərin evakuasiya edilməsinə etiraz edib. Facebook-dakı şəxsi hesabında paylaşdığı statusda o qeyd edib: "Yaxşı vəkil axtarıram, Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verməyə. Evakuator mərdiməzarlığına birdəfəlik son verənə, bu sahədəki bütün problemləri ictimailəşdirənə qədər getmək lazımdır".
B.Hacıyev şərhdə yazır: "Əllərinə aparat veriblər ki, yanlış yerdə park edənin fotosunu çəkib, protokolla cəriməsini yazsınlar. Cəriməni yaz, hərəkətə mane olan yerdə deyilsə, daha niyə aparırsan? Sonra da sürücü düşür şəhərin canına ki, hara aparıblar maşını?! Bəlkə içində təcili qəbul etməli olduğu dərman qalıb, bəlkə telefon, pulqabı orada qalıb?"./Avtosfer.az/






Fikirlər