Taylandda keçirilən hərracların birində 19 yaşındakı universitet tələbəsi ölkənin ən bahalı və ən şanslı sayılan Banqkok çıxışlı 1 .. 1111 seriyalı avtomobil nömrəsinə 25 milyon baht (təxminən 810 min dollar) pul ödəyib.
Türkiyənin “Milliyet” qəzetinin xəbərinə görə, ölkənin ən nüfuzlu universitetlərindən biri olan “Assumption” Universitetində oxuyan Thanapat Tantisevekul “əgər lazım olsaydı 1,6 milyon dollara qədər artırmaya gedəcəkdim” deyib. 11 il əvvəlki hərracda bu nömrə üçün 11 milyon baht (təxminən 355 min dollar) verilmişdi. Nömrə üçün sərvət ödəyən gənc hərracı qazandığı üçün çox xoşbəxt olduğunu deyib və nömrəyə çox pul ödəməsi ilə bağlı rəylərə isə “o qədər də bahalı deyil” cavabını verib.
Xatırladaq ki, tələbə 810 min dollarlıq nömrəni dəyəri 16 min dollar olan Nissan Almera avtomobilinə taxıb.(musavat.com)