Belə də olur - Cərimə 2İL sonra gəldi+Video

“Belə də olur - Cərimə 2 il sonra gəldi+Video

Bakıda sürücülərdən birinin başına qəribə hadisə gəlib. Belə ki, Nəzər Sadıxov adlı vətəndaş 2 il əvvəl qayda pozsa da, elektron kabinetinə ödəyəcəyi cərimə ilə bağlı məlumat bu yaxınlarda gəlib. Ona görə də sürücü çaşqınlıq içərisindədir.

 AzerTaym.az xezerxeber-ə istinadən xəbər verir ki, o, bu qayda pozuntusuna görə cərimə ödəməli olub-olmadığını bilmir. Bu məsələ baş verən qayda pozuntuları haqqında tərtib edilən protokolların mərkəzi informasıya sistemi, eləcə də sürücülərin elektron kabinetinə daxil edilməsi müddətini gündəmə gətirir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu, birbaşa məlumatı sistemə daxil edən polis operatorlarının məsuliyyətsizliyindən qaynaqlanır. Ekspertin sözlərinə görə, istər köhnə, istərsə də yeni İnzibati Xətalar Məcəlləsində tərtib edilmiş protokollara xitam verilməsi müddəti açıq aydın göstərilib

Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, həmin sürücü ilə bağlı bazada olan məlumatlar ASAN ödəniş sisteminə də əlavə edilib. Amma İnzibati Xətaya görə məsuliyyətəə cəlb etmə müddəti bitdiyinə görə sürücü cərimə ödəməməlidir.






Fikirlər