Avtomobil nömrələri ilə bağlı — YENİLİK

Avtomobil nömrələri ilə bağlı — YENİLİK

Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Belə ki, qanunvericiliyə görə vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər. Həm də az məbləğli rüsmlar ödəməklə.

  "AzerTaym.az" xezerxeber.com-a istinadən bildirir ki, Baş  Dövlət Yol Polisi İdarəsinin  sözçüsü  Kamran Əliyev bildirir ki, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır. Avtomobilin seriya nömrəsi dəyişilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır.

Kamran Əliyevin sözlərinə görə, artıq avtomobilin seriasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduqunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Yeni alınan avtomobillərə isə  bu qaydalar  şamil  edilmir.






Fikirlər