Vəzifəli şəxs “LEXUS”-la avtoqəza törətdi- Fotolar
Xəbər verdiyimiz kimi bu gün saat 12:00 radərlərində Bakının Mikayıl Müşfiq küçəsində avtoqəza baş verib. XALQ.AZ xəbər verir ki,”Azerrest” şirkətinə məxsus olan 90 AA 607 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil avtoqəzada diğər avtomobili aşırıb. Avtoqəza nəticəsində Mazda markalı 90 ZL 738 dövlət nömrə nişanlı avtomobil ağır zərbədən yolda bir neçə dəfə aşıb bə yararsız hala düşüb. Hadisə ilə əlaqədar DYP-də araşdırma aparılır.
Məlumat üçün bildirək ki, 90 AA 607 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil ,”Azerrest” şirkətinin rəhbərliyinin idarə etdiyi avtomobildir.
Qeyd edək ki, hər zaman ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında vəzifəli şəxslərə təvəzökar olmağa cağırıb. Lakin görünür ”Azerrest” şirkətinin rəhbərliyi inadkarlığından əl çəkmir.