17.01.2014 - Məmur balaları baş redaktorun maşınını parça-parça etdi
Belə ki,Mehdi Huseyn küçəsi ilə yüksək sürətlə hərəkət edən son model AUDİ markalı 10 DV 050 nömrə nişanlı avtomobilin sürücüsü 19 yaşlı Hüseynzadə Emil Vaqif oğlu, avtoş dostuna məxsus 90 VX 044 nömrə nişanlı avtomobillə müxtəlif ötüş əməliyyatları etmək istəyib. Lakin birinci, AUDİ markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıda öz sürəti ilə hərəkət edən Bizimxeber.az İnformasiya Agentliyinin baş redaktoru Ədil Hüseynlinin avtomobilini arxadan vurub.
Nəticədə Ədil Hüseynliyə məxsus Hundai markalı avtomobil 4 metr qabağa uçaraq qarşıdakı BP şirkətinə məxsus avtomobilə çırpılaraq dayanıb. Hadisə zamanı baş redaktora ciddi xəsarətlər dəyib. Dəyən zərbə nəticəsində sınan şüşələr baş redaktorun gözlərinə tökülüb, üzündə izlər qoyub. Amma çox qəribərdir ki, hadisə yerinə gələn Bakı Şəhər Yol Polisinin inspektorları baş redaktorun səhhəti ilə maraqlanmayıb, təcili tibbi yardım maşınları çağırılmayıb. Hadisə yerinə gələn AUDİ markalı avtomobilin sahibinin yaxınları isə dərhal hadisə baş verən ərazinin boşaldılması və maşının nömrələrinin açılaraq hadisə yerindən uzaqlaşdırlmasına nail olublar. Baş verən hadisə ilə bağlı Bakı Şəhər Yol Polisi idarəsindən heç bir məlumat öyrənə bilmədik. Bildirdilər ki, bu barədə heç bir məlumat verə bilməzlər. Baş redaktor Ədil Hüseynli ilə əlaqə saxladıq. O, hadisənin baş verdiyini təsdiqlədi və bildirdi ki, AUDİ markalı avtomobil aşkar şəkildə şürəd həddini aşıb. Həmçinin baş redaktor onu da bildirib ki, maşını tamamilə yararsız vəziyyətə düşüb. Bu səbəbdən də şığorta şirkətlərindən imtina edib: "Mənim maşınım sığortanın 2-3 min manatı ilə düzələsi deyil. Maşın tamamilə yararsız vəziyyətdədir. 70 faiz detal dəyişdirilməlidir."
Əldə etdiyimiz məlumata görə, baş redaktor yaxın saatlarda, ölkə prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Ramil Usubova, Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalova və Baş prokuror Zakir Qaralova hadisə ilə bağlı ciddi araşdırma aparılması üçün müraciət edəcək. Məlumat üçün bildirək ki, Emil Hüseynzadə tanınmış jurnalist Bəkir Huseynzadənin oğul nəvəsidir. Tam dəqiqləşdirmədiyimiz məlumata görə, AUDİ-nin sahibi nazirlərdən birinin qohumudur.