Hamını heyrətləndirən avtomobil – Video

260446

Paris avtomobil sərgisində təqdim edilən Renault Trezor modeli hamının marağına səbəb olub. Ikinəfərlik idman avtomobilinin kuzovu karbon maddəsindən hazırlanıb. Sərnişin və sürücü salonu iki hissəyə bölərək salona daxil ola bilər.

Avtomobilin texniki təchizatı da tamaşaçıların heyrətinə səbəb olub. Ön şüşə cızıqlara qarşı çox dayanıqlı olan “Curved Gorilla Glass” şüşəsindən hazırlanıb. Trezor avtopilot funksiyası ilə təchiz edilib. Uzunluğu 4.7 metr olan avtomobilin çəkisi 1600 kq-dır. Kapotun altına yerləşdirilən elektrik mühərriki 350 at gücündədir. 100 km/saat sürəti əldə etmək üçün cəmi 4 saniyə vaxt lazımdır.(olke.az)






Fikirlər