DYP 1 gündə 7881 sürücünü cərimələyib
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 7881 sürücünü cərimələyib. Bu barədə “Report”a idarədən məlumat verilib. Qurumdan bildirilib ki, noyabrın 11-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.