27.05.2014.- Yenilənmiş VW Passat haqqında - FOTO
"AzerTaym.az" 4charx.com-a istinadən bildirir ki, rəsmi təqdimat iyulda keçiriləcək, ictimai debüt üçün isə Paris avtosalonu (oktyabrda) seçilib. Yeni Passat həm sedan, həm də universal kuzovlarda olacaq. Hazırkı model ilə müqayisədə onun çəkisi 85 kq, yanacaq sərfiyyatı isə 20% azalacaq.
Təəccüblüdür ki, kuzovun böyüdülməsi dayandırılacaq, hətta yeni Passat mövcud modeldən bir qədər kiçik olacaq. Buna baxmayaraq, optimallaşdırma hesabına salon və yük yeri daha geniş olacaq. Daxildə biz müasir texnologiyalar və funksiyalar və həmçinin daha yaxşı tərtibat materialları görəcəyik. Alman avtomobili 12,3 düym ekranlı Active Info Display – aktiv məlumat displeyi ilə təchiz ediləcək və bu qurğu ənənəvi cihazları əvəz edəcək. Alıcılar ən müasir yardım və təhlükəsizlik sistemlərinə ümid edə bilərlər.
Yeni model 240 a.g. və 500 Nm fırlanma anı hasil edən 2,0 litr həcmli biturbo dizel mühərriki ilə təchiz ediləcək. Bu aqreqat yalnız yeddi pilləli DSG ötürücü qutu və 4MOTION tam ötürmə sistemi ilə birgə işləyəcək. Yeni VW Passat hibrid qurğusu ilə də buraxılacaq. Bu qurğu ilə avtomobil yalnız elektrik mühərriki hesabına 50 km, DYM ilə birlikdə isə 965 km məsafə qət edə biləcək.
Avropada satışlar payızda başlanacaq. Avtomobillərin alıcıları çatdırılması 2015-ci ilin əvvəllərindən start götürəcək.