27.07.2014 - Təhlükəli avtomobillər
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov təhlükəli avtomobillərlə bağlı Avtosfer.az saytı üçün maraqlı yazı hazırlayıb. Məqaləni təqdim edirik;
Yol qəza hadisələrinin baş verməsinə şərait yaradan amillərdən biri də əsasən çoxluq təşkil edən Rusiya istehsalı olan «VAZ-2106», «VAZ-2107», «Lada Priora» digər avtomobillərin konstruksiyası dəyişdirilərək, asqılara və yaylara əlavə elementlər qoyulmaqla avtomobilin qabaq hissəsinin yer səthindən hündürə qaldırılması və belə avtomobillərin idarə edilməsidir. Çox təəssüflər olsun ki, son zamanlar respublikamızın şəhər və rayon yollarında avtomobillərin qabaq hissəsinin hündürülə qaldırılması və ya arxa yayların kəsilərək (xarici görünüş naminə qəsdən və ya bilmədən) idarə olunması halları çoxlaıb ki, bu da təhlükəlidir.
Dediklərimizi əyani sübut edək:
Avtomobilin küçə və yollarda təhlükəsiz hərəkəti digər texniki parametrlərlə yanaşı, həm də onun kütləsinin oxlar üzrə paylanmasından və avtomobildə ağırlıq mərkəzinin yerləşməsindən asılıdır. Nəqliyyat vasitəsinin hərəkət edib-etməməsindən asılı olmayaraq ona ağırlıq qüvvəsi təsir edir. Bu qüvvə düz aşağı istiqamətdə olub, avtomobilin təkərlərini yola sıxır və həmin qüvvənin müvazinəti ağırlıq mərkəzində yerləşir. Avtomobil kütləsinin oxlar üzrə paylanması ağırlıq mərkəzinin yerləşməsindən asılıdır. Ağırlıq mərkəzi oxlardan hansı birinə nə qədər yaxın olursa, həmin oxa bir o qədər çox yük düşür.
Əgər avtomobil üfiqi vəziyyətdədirsə, onda ağırlıq qüvvəsi şaquli istiqamətə təsir göstərir. Avtomobilin maili səthlə hərəkəti zamanı isə ağırlıq qüvvəsi iki qüvvənə bölünür. Qüvvələrdən biri təkərləri yol səthinə sıxmaqla həmin səthə perpendkulyar istiqamətdə yönəlir, digər qüvvə isə enişlə hərəkət zamanı avtomobilin hərəkəti istiqamətində, yoxuşda isə əks istiqamətdə təsir göstərir.
Yolun səthinə perpenduklyar istiqamətdə təsir edən qüvvə avtomobilin dayanıqlı hərəkətinə müsbət təsir edən qüvvədir, eniş və yoxuş boyunca istiqamətlənən qüvvə isə avtomobilin dayanıqlı hərəkətinə mənfi təsir edən qüvvədir. Dögəli yollarda hərəkət zamanı isə dönmə mərkəzindən əks tərəfə mərkəzdənqaçma qüvvəsi istiqamətlənir ki, həmin qüvvə də avtomobilin dəyanətinə də mənfi təsir göstərir.
Hərəkət zamanı avtomobilin dayanıqlığı ona mənfi təsir göstərən qüvvələrin qiyməti ilə yanaşı, həm də avtomobilin ağırlıq mərkəzindən yer səthinə qədər olan məsafələr və uzununa oxa görə yerləşməsindən asılıdır. Belə ki, ağırlıq mərkəzi nə qədər hündürə və arxa oxa yaxın olsa, avtomobilin dayanıqlığı bir o qədər az olar.
Yuxarıda göstərildiyi kimi, avtomobillərin konstruksiyası dəyişdirilərək, asqılara və yaylara əlavə elementlər quraşdıraraq onun qabaq hissəsinin yer səthindən hündürə qaldırılması və yaxud da, arxa yaylların kəsilməsi həmin avtomobildə ağırlıq mərkəzi arxa oza doğru yerini dəyişir, konstruktiv paramentlər pozulur, arxa oxa daha çox yük düşür, eləcə də ağırlıq mərkəzindən yer səthinə qədər olan məsafə çoxalır.
Beləliklə, ağırlıq mərkəzinin yerinin dəyişməsi, yükün oxlar üzrə konstruktiv quruluşa uyğun paylanmasının pozulması və bununla əlaqədar avtomobilin dəyanətli hərəkətinə mənfi təsir edən qüvvə momentlərinin qiymətinin artması baş verir ki, bu da hərəkət zamanı avtomobilin dayanıqsız hala düşməsinə, yoldan çıxmasına və aşmasına səbəb olur.
Odur ki, Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» qanununun 30-cü maddəsində «Nəqliyyat vasitəsinin texniki vəziyyüəti və onların texniki baxışdan keçirilməsi» məsələsi tənzimlənir. Və bu maddənin V hissəsində deyilir:
- Istismar edilən nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdarmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməməsi, eləcə də nəqliyyat vasitəsinin tam kütləsinin bu kütlənin oxlar üzrə paylanmasıının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə, tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.
Elə isə bu maddənin tələbləri həm avtomobilin sahibi və ya sürücüsü, həm də konstruksiyasında müəyyən dəyişiklik aparan təmir ustası tərəfindən yerinə yetirilməlidir. Əks halda belə avtomobillər analoji texniki baxışdan keçirilmir və yol hərəkətində idarə olunması qanunun tələblərinə ziddir, yolverilməzdir. Eləcə də, aidiyyatı şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.
Dövlət yol polisi əməkdaşları yol qəza hadisələrinin, yollara, yol qurğularına, əmlaka dəyən maddi zərərin, insanlara yetirilən bədən xəsarətlərinin qarşısını almaq, eləcə də digər hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi tədbirlər həyata keçirib, keçirir və keçirəcək.
Ümidvarıq ki, «Yol hərəkəti haqqında» qanuna hörmətlə yanaşılacaq və bu qanunun tələblərinə dair mükəmməl bilik əldə etməklə hər bir hərəkət iştirakçısı bu qaydalara özünün və başqalarının həyat və sağlamlığı naminə düzgün yerinə yetirəcək.
Hər birinizin küçə və yollarda hərəkəti uğurlu olsun! (avtosfer.az)