Yol polisindən çəkələk TÖVSİYƏSİ

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi çimərlik mövsümünün başlanması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcək: "Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik".

Təhlükəli olduğunu nəzərə alaraq, V.Əsədov sürücülərə çəkələklə avtomobil idarə etməməyi tövsiyə edib.AzerTaym.az






Fikirlər