Koreya 400 mindən çox avtomobil GERİ ÇAGIRDI

Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi ölkədə istehsal olunan və idxal edilən 403 min 128 avtomobilin geri çağırılması barədə göstəriş verib.

Yonhap agentliyi nazirliyə istinadla xəbər verir ki, müxtəlif nöqsanlara görə geri çağırılan avtomobillər 7 şirkətin 38 modelinə aiddir. Buraya "Hyundai”nin "Santa Fe” və "MaxCruze” modelləri, "Maserati Ghibli”, "Ford Focus”, "Lincoln MKS” və digərləri daxildir.

Avtomobillərdəki qüsurlu hissələr istehsalçı şirkətlərin hesabına dəyişdiriləcək.

 

© xezerxeber.az 






Fikirlər