Bir milyondan çox AVTOMOBİL zay çıxdı

Yaponiyanın Toyota və Honda şirkətləri ABŞ-a satdıqları 1 milyon avtomobili geri çağıracaqlar.

AzerTaym.az xəbər verir ki, təhlükəsizlik yastıqlarının istehsalçısı Takata şirkəti əvvəllər də bir neçə dəfə öz məhsullarının nasaz olduğunu bəyan edib.

Bu avtomobillərin geri çağırılması Takata şirkətinin daha 3,3 milyon təhlükəsizlik yastığının qüsurlu olduğunu bildirməsindən sonra qərara alınıb.

Takata təhlükəsizlik yastıqlarının adekvat olmayan şişirdilməsi ucbatından dünya üzrə 20 insan həyatını itirib, 280 nəfər yaralanıb.

 






Fikirlər