Fiziki məhdudiyyətli şəxs təyyarəyə sürünərək MİNMƏLİ OLDU
Yaponiyanın "Vanilla Air " avia şirkəti təhlükəsizlik qaydaları səbəbilə fiziki məhdudiyyətli Hideto Kijima adlı şəxsin heç bir kömək almadan, sürünərək təyyarəyə minməsinə səbəb olub. "Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Hideto indiyə qədər 200-dən çox havalimanından istifadə etdiyini, lakin belə qanunla rastlaşmadığını, şirkət işçilərinin bu mənzərə qarşısında necə sakit qala bildiklərini anlamadığını deyib. Hadisə ictimailəşəndən sonra şirkət Kijimadan üzr istəyib və təhlükəsizlik qaydalarına yenidən baxılacağını deyib.