Martda Azərbaycan və İran müştərək MAŞIN ZAVODU açılır: "Azərbaycan 75% PAYA malikdir"

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq. 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında "İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib.
O deyib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.  
"Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək", - deyə baş direktor vurğulayıb. 
Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək. 

 






Fikirlər