Azərbaycana avtomobil idxalı 2 DƏFƏDƏN çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2 065 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 062 ədəd və yaxud 2,05 dəfə çoxdur.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 11 ədədi və yaxud 0,53%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 867 ədədi və yaxud 90,4%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi və yaxud 8,85%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi, yaxud 0,24%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin yanvar-fevral aylarına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 6 ədəd və yaxud 2,2 dəfə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,19 dəfə və yaxud 1 015 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 43 ədəd və yaxud 30,94% artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 2 ədəd və yaxud 40% azalıb.

AzerTaym.az






Fikirlər