AVTOMOBİL idxalında GÜLMƏLİ say

2016-cı ilin Yanvar – Fevral ayları ərzində Azərbaycana cəmi 821 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.

  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 2 ayı ilə müqayisədə 9,14 dəfə azdır.

2013-cü ilin Yanvar-Fevral aylarında 14 091 ədəd, 2014-cü ilin Yanvar-Fevral aylarında 13 162 ədəd, 2015-ci ilin Yanvar-Fevral aylarında isə 7 511 ədəd nəqliyyat vasitəsi ölkəmizə idxal olunmuşdu.

Bu ilin Yanvar ayında cəmi 437 ədəd, Fevral ayında isə 384 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.

2016-cı ilin Yanvar-Fevral ayında 9 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 737 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 67 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 8 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.

Rəqəmlər əhalinin avtomobil almadığını, rəsmi distiribyutor və dilerlərin də satşlarının dəfələrlə azaldığından çətin vəziyyətdə olduqlarını göstərir.






Fikirlər