Bakıda SƏRXOŞ sürücü POLİSƏ rast gəldi
Bakıda yol polisləri tərəfindən reyd keçirilib. “AzerTaym.az” DİN-ə istinadən xəbər veri ki, reyd zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə “Mersedes” markalı avtomobilin sürücüsünə saxlama işarəsi verilib. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər da aşkar edilib. Nəsimi rayonu ərazisində saxlanılan “Dodge” markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət edilsə də, o bundan imtina edib. Daha sonra tibbi müayinədən keçməyə razı olan sürücünün sərxoşluq dərəcəsi təyin olunub və bu barədə protokol tərtib edilib. Yol polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Qeyd edək ki, 2018-ci ilin əvvəlindən avqustun 20-nə qədər olan müddətdə Bakı şəhəri ərazisində yol hərəkəti qaydaları pozuntusuna görə inspektorlar tərəfindən 410 min inzibati protokol tərtib edilib. Bu protokollardan 7181 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216 avtoxuliqanlıq, 1209 ötmə və manevr etmə qaydalarına əməl etməyən, 19327 işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barəsində tərtib olunub.