Kamran Əliyevə DYP-də yüksək vəzifə VERİLDİ
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.
"AzerTaym.az" bildirir ki, K. Əliyev BDYPİ-nin İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.
Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan rəhmətə getmişdi. /"BakuPost"