KAMRAN Əliyev VƏZİFƏSİNDƏN AZAD EDİLDİ– YENİ TƏYİNAT
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yeni vəzifəyə təyin olunub. Bu haqda Oxu.Az-a Kamran Əliyevin özü məlumat verib. O bildirib ki, bundan sonra o, BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsində rəis vəzifəsini icra edəcək. Qeyd edək ki, həmin vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. Təqaüdə çıxdıqdan sonra rəis vəzifəsi vakant idi. Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.