Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edildi
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. "AzerTaym.az" bildirir ki, müvafiq əmrlə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Namidan Piriyev təyin edilib. Faktı BDYPİ-dən APA-ya təsdiqləyiblər. Qeyd edək ki, N. Piriyev adıçəkilən şöbənin inspektoru vəzifəsində çalışıb. Xatırladaq ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.