Bakıda iş adamının “Lamborghini”si cərimə meydançasına aparıldı - VIDEO

Bakıda iş adamının “Lamborghini”si cərimə meydançasına aparıldı

Bakıda iş adamı, “SAS” İnşaat MTK-nın rəhbəri Süleyman Əliyevə məxsus “Lamborghini” markalı avtomobilin cərimə meydançasına aparıldığına aid videogörüntülər yayılıb.

  S.Əliyevin lüks avtomobilinin səsboğucu sisteminə kənar müdaxilə olması əsası ilə saxlanıldığı bildirilir.

İş adamı Süleyman Əliyev Oxu.az-a açıqlamasında qeyd edib ki, onun “Lamborghini”si tez-tez bu problemə görə yol polisi tərəfindən saxlanılır: “Bu məsələ ilə bağlı DYP əməkdaşları ilə heç cür ortaq məxrəcə gələ bilmirik. Avtomobilə mütəxəssislər baxış keçirəndən sonra məlum olur ki heç bir müdaxilə yoxdur. Bu avtomobillərə ümumiyyətlə istəsəniz də müdaxilə edə bilməzsiniz. Bu maşınları fərqləndirən cəhətlərdən biri də məhz özünəməxsus səsboğucu sistemləridir. Avtomobil nə üçün günlərlə cərimə meydançasında qalmalıdır? Bu məsələnin köklü bir həlli yolu olmalıdır. Bu problemlə qarşılaşan tək mən deyiləm, bir neçə belə avtomobil sahibləri var ki, əsassız yerə yoruluruq”.


 






Fikirlər