Dünyanın ən sürətli avtomobillərinin siyahısı AÇIQLANDI - FOTOLAR

Dünyanın ən sürətli avtomobillərinin siyahısı AÇIQLANDI - FOTO

Sürət insanı hər zaman cəlb edib. Qədim Romada araba yarışları və ya Elladadakı Marafon qaçışı bəşər övladının yüksək sürətə marağının tarixi sübutudur.
Avtosfer.az-ın xəbərinə ilk dəfə 1896-cı ildə “Jamais Content” adlı elektromobil 106 km/saatla rekorda imza atır. Tarixdə ilk dəfə bəşər övladı 100 km/saat həddini aşa bilmişdi. Cəmi 12 il sonra, 1911-ci ildə isə “Blitzen-Benz” 228 km/saat sürətinə çata bildi. Bəşər övladı 2-ci yüzlüyü də aşdı.

Bu gün artıq əksər avtomobillər üçün 250 km/saat maksimal sürət adi haldır. Lüks sedanlar və idman avtomobilləri üçünsə 300 km/saat qeyri-adi deyil.  Lakin hər bahalı avtomobilin naksimal sürəti eyni deyil. 

Avtosfer.az ən çevik avtomobilləri təqdim edir: 

Koenigsegg Jesko Absolut - 531 km/saat
Hennessey Venom F5 - 500 km/saat 
Bugatti Bolide - 500 km/saat
Bugatti Chiron Super Sport 300+ - 490 km/saat
SSC Tuatara - 455 km/saat
Rimac Nevera - 415 km/saat
Aston Martin Valkyrie - 400 km/saatdan yuxarı
McLaren Speedtail - 402 km/saat
Koenigsegg Gemera - 401 km/saat
Pagani Huayra BC Pacchetto Tempesta - 354 km/saat 
Lamborghini Aventador LP780-4 Ultimae Coupe - 354 km/saat
Pininfarina Battista - 351 km/saat
Mercedes-AMG One - 350 km/h
Ford GT - 347 km/saat 

Lakin əsas məqam başqadır: əksər ölkələrdə bu cür sürət qadağandır. Avtomobil istehsalçıları isə təıhlükəsizlik üçün maksimal sürəti təxminən 250 km/saat həddində məhdudlaşdırırlar. Bu limiti aradan qaldırmaq üçünsə istehsalçıya əlavə vəsait ödənilməlidir. 
Bəs bizim belə bir avtomobilimiz olsa, 400 km/saat sürətlə gedə bilərikmi? Xeyr, bu sürətlə idarəetmə üçün xüsusi hazırlıq tələb olunur. Yüksək sürətdə insan ətrafdakı obyektləri görə bilmədiyi üçün qəza riski də çoxdur. Amma kimsə özünü sınamaq istəsə Almaniyada onlar üçün xüsusi qapalı test yolları mövcuddur. Təki əlin cibində olsun. Ya da kartında.

PS. Helikopterlərin əksəriyyətində kreyser sürəti 250 km/saatı keçmir.

Vüqar Yaşaroğlu






Fikirlər