Cəmi 3 SAAT yatmaqla 8 SAATLIQ yuxu rejimini necə əvəzləmək olar? - MARAQLI

Məşhur rəssam, filosof və ixtiraçı Leonardo Da Vinçi gün ərzində cəmi 3 saat yatmaqla gündəlik yuxu rejimini artıqlaması ilə ödəyirdi.  

Sutkanın yerdə qalan 21 saatı isə ona çox işləməyə, yazmağa və rəsm çəkməyə şərait yaradırdı. Amma ondan və onun kimi yuxu rejiminə əməl edən şəxslərdən bu sualı soruşanda hər dəfə fərqli-fərqli cavablar eşidərdilər. Lakin əsrlər keçdi, fiziologiya elminin inkişafı yuxunun tam həll olunmuş versiyasını aşkara çıxardı. İnsanın zəruri ehtiyacı olan yuxunun zamanı 6-8 saat müəyyən edilir. 

Moderator.az təqdim edəcəyi qısa elmi faktda isə 3-3,5 saatın 8 saatla əvəzlənmə mexanizminə toxunacaq:
Bir insan gün ərzində 3,5 saat yataraq 8 saat yatmış kimi fayda əldə edə bilər. Gecə 22:00 və 02:00 arasındakı yuxu 200% faydalıdır. Yəni bu saatlarda 3 saat yatmaq, 6 saat yatmağa bərabərdir. Gündüz isə 10:00 və 13:00 arasındakı yəni quşluq vaxtındakı yuxu isə 400% faydalıdır. Bu saatlar arasında yarım saat yuxulamaq 2 saat yatmaq kimidir. Buna əsasən gecə 3 saat, gündüz də 0,5  saat yatan şəxs 3,5 saat yatsa da, əslində 8 saat yatmış kimi istirahət edir. Buna riayət edən şəxs yuxusuzluqdan əziyyət çəkməz. İkindidən və gecə 03.00-dan sonrakı yuxunun faydalılığı isə təxminən 50%-dir. Yəni gecə 03:00-da yatan şəxs gündüz 15:00-da oyansa 12 saat yatmağına baxmayaraq, əslində özünü 6 saat yuxu yatmış kimi hiss edər.
Uzun müddət Qədim Şərqdə, xüsusən də sufi təkkələrində bu rejimə əməl etməklə gündəlik yuxu tələbatını ödəyərmişlər.






Fikirlər