VİDEO: 15 ildən köhnə maşınlar taksi olmayacaq

VİDEO:  Bu standart sürücülərin narazılığına səbəb olub.İstehsal ili 15 ildən köhnə olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmaq mümkün olmayacaq. Çünki, taksilərlə bağlı Standartlaşdırma, Metorlogiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən standartın belə bir tələbi var. Sürücülər isə bu halı narazlıqla qarşılayırlar.

Ekspertlər isə köhnə standarta görə qanunun daha sərt olduğunu buna baxmayarq tətbiqinə ciddi diqqət yetirilmədiyini bildirirlər.

Ekpertlər bildirir ki, məsələn 15 il əvvəl Avropanın inkişaf etmiş ölkələrində avtomobil istesalında tətbiq edilən yeniliklər Rusiya və bir sıra ölkələrdə hələ də tətbiq olunmayıb. nəticədə yeni istehsal olunmasına baxmayaraq bu cür avtomobillər istehsal ili xaricində bütün parametrlərə görə avropa və yaponiya istehsalı olan avtomobillərdən geri qalır.

Məsələ ilə bağlı Standartlaşdırma, Metorlogiya və Patent üzrə dövlət komitəsindən isə bildirildiki, 15 il kifayət qədər uzun müddətdi və bu standartla sürücüdən hər hansı əlavə bir sənədin tələb edilməsinə ehtiyyac qalmır.(Azərtaym.az)

 

 






Fikirlər