“Niva” yenidən radio ilə istehsal olunur ...
Avtovaz” şirkəti “Niva Travel” modelinin təchizatını yaxşılaşdırıb. Avtosfer.az-ın xəbərinə görə, ötən il detl çatışmazlığına görə model bir sıra opsiyalarla təchiz edilmirdi. Bu günlərdə avtomobilin multimedia sistyemi ilə təchizatına başlanılıb. Söhbət radio, USB çıxışı, 7 dyumluq ekran və arxa kameradan gedir.
Lakin avtomobilin təchizatı ümumilikdə 2020-ci ildəkindən geri qalır. Hazırda istehsal olunan modellərdə ABS və hava yastığı kimi vacib detallar yoxdur. QLONASS sistemi isə yarımçıqdır.
Mraqlıdır ki, Ukrayna müharibəsindən sonra zəif komplektasiyalı avtomobillərə maraq artıb. Bunun bir səbəbi ucuz qiymətdirsə, digəri seçimin az olmasıdır.