Bütün avtomobilsevənlərin diqqəti ABŞ-a yönəlir. ANS PRESS-in məlumatına görə, 108 illik tarixə sahib olan dünyanın ən böyük avtomobil sərgisinin açılışı olub. 

Həm də dünyanın ən böyük maşın bazarı hesab edilən Los Anceles avtomobil sərgisi işə başlayır. "LA Auto Show" ötən gündən qapılarını ziyarətçilərin üzünə açdı. 

Sərgi 9 gün davam edəcək. 

Rəsmi açılışdan öncə maşanların yeni modelləri mətbuat nümayəndələrinə təqdim edilib. Dünyanın ən nəhəng avto istehsalçıları hökm sürən böhrana baxmayaraq bir-birindən gözəl modellərlə yenə göz oxşayır. Burada təqdim edilən maşınların bir qismi hələ heç yerdə görünməmiş modellərdir. 

27 maşının dünya üzrə təqdimatı, 24 modelin isə Amerika təqdimatı baş tutacaq. Ümumilikdə sərgidə "Aston Martin DB10", "Audi e-tron Quattro", "Scion", "Subaru Impreza Sedan", "Volkswagen Golf GTI Clubsport", "Fiat 124 Spider" kimi maşınlar olacaq. 




Volkswagen Golf GTI - 100 km sürəti 4,3 saniyəyə yığır





Fiat 124 Spider - üstü açıq 2017-ci il modeli maşın idman üslübundadır

Sərginin ən çox gözlənilən modeli isə Ceyms Bond filmlərinin ulduzu, bu silsilədən olan son film “Spectre” də istifadə edilən maşındır. "Austin Martini"nin Bond üçün istehsal edilən modelindən dünyada cəmi 3 ədəd var. 




Ceyms Bond filminin ulduzu - "Austin Martin"



Bu maşından dünyada cəmi 3 ədəddir