VİDEO: Sürət yolunda asta hərəkət edənlər
Əslində sürət həddini aşmaq kimi, əksinə sürətli zolaqda yavaş hərəkət etmək də qəza riski yaradır Ölkəmizdə yol infrastuturunun yenilənməsi bir çox əsas magistral və şoselərdə sürət həddinin yüksəldilməsinə də imkan verib. Bir sıra yollar var ki orda yuxarı sürət həddi saatda 120 yaxud 110 kilometr müəyyənləşdirilib. Amma bəzi sürücülər sürət zolağında daha aşağı sürətlə hərəkət edərək həm təhlükə törədir həm də nəqliyyatın intensiv hərəkətinə mane olur.problemin həlli üçün mütəxəsislərin maraqlı təklifləri var. Maksimum sürət həddi 120 kilometr saat qoyulan yolda 60 kilometr saat sürətlə hərəkət edir. Əslində sürət həddini aşmaq kimi, əksinə sürətli zolaqda yavaş hərəkət etmək də qəza riski yaradır. Belə ki bu yolda yavaş hərəkət edən avtomobillər arxadan gələn sürücüləri ya sürət ini dəyişməyə ya da zolağı dəyişməyə vadar edir. Əslində beynəlxaq təcrübədə belə qaydalar mövcuddur ki, sürətli zolaqlara minimal sürət həddi müəyyən edilir və ondan aşağı sürətlə maşını idarə edənlər cərimələnir. Azərbaycan qanunvericiliyində bu hal tam təkmil olmasa da öz əksini tapıb. Yəni sürücülər o halda cərimələnə bilər ki, sağ zolaq boş olduğu halda sürət zolağında yavaş hərəkət etsin. Əslində, bu həmdə yollarda sürücülük mədəniyyətinin aşağı olmasının bir göstəricisidir. Yəni elementar bir anlayışdır ki, əgər sürətlə getmirsənsə qanunvericiliyin imkan verdiyi həddə sürətli gedən avtomobillərə şərait yaratmalısan. Ekspertlər belə hallar olomasın deyən təkliflər ekspertlər bu kimi halların yaşanmaması üçün müəyyən təklifləri də var. Sadəcə yol patrul xidmətlərinin əməkdaşlarının səyi ilə buna nəzarət etmək mümkün deyil. Digər çıxış yolu sürət zolaqlarına qoyulan radarların həm də minimal sürəti müəyyənləşdirməsi ola bilər.