Benzinin qiyməti 40 faiz bahalaşdı

Ərəbistanda büdcə vəsaitlərinin azalmasının əsas səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır

Səudiyyə Ərəbistanın höküməti ölkədə büdcənin rekord həddə kəsiri fonunda benzinin qimətini 40 faiz qaldırdı. Oxu.az BBC News-a istinadən xəbər verir ki, hal-hazırda krallıqda bir litr benzinin qiyməti 24 ABŞ senti təşkil edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında benzin və kommunal xidmətlərinin qiymətləri subsidiyalar hesabına aşağı səviyyədə saxlanılır. Ölkə neft istehsalına görə dünyada birinci yerdədir. Ekspertlər hesab edirlər ki, büdcə vəsaitlərinin azalmasının əsas səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Səudiyyə Ərəbistanı kralı bəyan edib ki, ölkə digər gəlir mənbələri axtaracaq.

2016-cı ildə krallıq höküməti büdcə xərclərini 10% azaltmaq və bəzi xarici aktivlərini satmaq niyyətindədir.






Fikirlər