“Gürcüstan benzinin qiymətini aşağı salır, biz isə ...”

“Gürcüstan benzinin qiymətini aşağı salır, biz isə ...”İqtisadçı alim Vüqar Bayramov millət vəkili Vahid Əhmədovun bu gün parlamentin iclasında səsləndirdiyi “Benzinin qiymətinə yenidən baxılmalıdır” təklifinə münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında deyib ki, indiki halda Aİ92 markalı benzinin qiymətinin aşağı salınması məqsədəuyğun deyil, çünki Azərbaycanda satılan bu markalı benzin tarif şurası tərəfindən tənzimləndiyindən onun bazar qiyməti ilə birbaşa əlaqəsi yoxdur.

Ekspertin fikrincə, Aİ95 və Aİ98 markalı benzinlərin qiymətinin aşağı salınması isə daha məqsədəuyğundur: “Bu markalı benzinlər tarif şurası tərəfindən deyil, bazar tərəfindən tənzimlənir. Bunlar Azərbaycana Şərqi Avropa, xüsusən də Rumuniyadan idxal olunur. Həmin ölkələrdə benzinin qiymətində, yəni istehsal prosesində azalmalar var. Nəzərə alsaq ki, eyni benzin Rumuniyadan həm Gürcüstana, həm də Azərbaycana gətirilir. Gürcüstana gətirilən benzinin qiyməti aşağı salınıb, amma Azərbaycana gətirilən benzinin qiymətində isə azalma müşahidə olunmayıb”
.






Fikirlər