ABŞ AFTOMOBİL nəhəngini MƏHKƏMƏYƏ verir
Saxtakarlığa imkan verən proqram “Volkswagen”ə baha başa gələcək
Qalmaqal avtokonsernə misli görülməmiş itkilər gətirib. Fəsadları aradan qaldırmaq üçün şirkət milyardlarla avro məbləğində aktivlərindən keçməli olub. Alman avtokonserninə qarşı iddia ərizəsi ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin adından Miçiqan ştatının federal məhkəməsinə təqdim olunub.
Şikayətə əsasən, “Volkswagen”in ABŞ ərazisində satdığı 600 minə yaxın dizel mühərrikli avtomobilində emissiya nəzarət sistemini aldatmağa imkan verən qanunsuz avadanlıqlar aşkarlanıb. Həmin avadanlıqlar ucbatından avtomobillərin havaya buraxdığı zərərli qazlar Birləşmiş Ştatların ekoloji normalarını ötdüyündən nəticədə atmosferin çirklənmə səviyyəsini artırmış olub.
ABŞ Ədliyyə Nazirliyinin bəyanatına görə, bu iddia ərizəsi “Volkswagen” şirkətini ədalət qarşısına çıxarmaq məqsədilə atılan ilk addımdır.