“NAZ” direktoru Çində görüşlərə başladı

“NAZ” direktoru Çində görüşlərə başladı

Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev bu saatlarda rəsmi nümayəndə heyəti ilə birlikdə Çində səfərdədir. Bu haqda Modern.az saytına məlumat verən direktor hazırda görüşlərin davam etdirildiyini bildirib:
“Hazırda danışıqlar gedir. Müsbət haldır ki, Azərbaycanda avtomobil bazarının inkişaf etdirilməsi üçün müsbət addımlar atılıb. Detalları Azərbaycana qayıtdıqdan sonra açıqlayacağam”.
Direktor bir müddət əvvəl qiymət siyasətinə yenidən baxılması, servis mərkəzlərinin yaradılması, ehtiyat hissələrinin keyfiyyət məsələsi, eyni zamanda, lazımi hissələrlə vaxtlı-vaxtında təminat üçün Çinə səfər edəcəyini açıqlamışdı.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin tövsiyəsindən sonra “NAZ-lifan” avtomobillərinə maraq artıb. Dövlət qurumları, ayrı-ayrı şəxslər bu avtomobilə maraq göstərdiyindən zavod istehsalı artırmaq qərarına gəlib.
Bu vaxta qədər “NAZ –lifan” alanlar içərisində “Gəncə Avtomobil Zavodu”, “Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti” , “Azpetrol”, “ Dövlət Neft Şirkəti” və “Cahan Holding” yer alıb.

 






Fikirlər