VAQİF Əsədovun sürücülərə - ÇAGIRIŞI
““İ-patrul” sistemi gün ərzində orta hesabla 800-ə yaxın elektron protokol tərtib edir. Avtopatrul maşınlarına quraşdırılmış “i-patrul” sistemi təhlükəsizliyin təmin edilməsində çoxfunksiyalıdır, bütövlükdə gördüyü işlərin hər biri avtomatıdır”. Bu haqda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O deyib ki, sürücülər bundan qorxuya düşməsin. AzerTaym.az
“Ən çox tərtib edilən protokollar arasında dayanma-durma, sürət həddinin aşılması, əks istiqamətli yol zolağına daxil olma, yol ayrıcılarını keçmə qaydalarının pozulmasıdır.
Həmçinin ötən həftə sükan arxasında telefonla danışan 3 sürücü barədə informasiya daxil olmuşdu. Sürücü əks istiqamətli yol zolağı ilə hərəkət edərkən telefonla danışarkən “i-patrul” sistemi onu qeyd etmişdi. Diqqətinizə çatdırım ki, sistem 500 metr məsafəni görür, 100 metr məsafədən isə yaddaşda saxlamaq qabiliyyəti var.
O ki qaldı cərimələrin artırılmasına, 1 mart tarixindən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində göstərilənlər olduğu kimi durur. Yəni, cərimələrin artırılması ilə bağlı heç bir informasiya yoxdur”.