Samirə Mustafayeva ATV-DƏN GETDİ

“Samirə Mustafayeva ATV-dən getdi

“ATV Xəbər”in aparıcısı Samirə Mustafayeva telekanaldan ayrılıb.

AzerTaym.azQafqazinfo” -a istinadən xəbər verir ki, aparıcı yayılan xəbəri təsdiqləyərək televiziyadan uzaqlaşdığını və yeni sahədə özünü sınayacağını qeyd edib:

“Hər zaman arzusunda olduğum böyük və məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram. Harada çalışaçağımın detallarını hələ ki, gizli saxlayıram. İnanıram ki, bu sahədə də uğur mənimlə olacaq”.

Qeyd edək ki, Samirə Mustafayeva "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğlu ilə evlidir, cütlüyün bir qız övladı var.






Fikirlər