Azərbaycanda yüzminlərlə insan ciddi təhlükə altındadır

bitmap-img6

"Son günlər yağışların ölkə ərazisində uzun müddət davam etməsi nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə olunur.

 

Sürüşmə Belə yerlərdə yerləşən yaşayış məntəqələrinə və avtomobil yollarına təhlükə yaranıb. Rütubətli dövrün hələ bir neçə gün davam edəcəyini nəzərə alsaq, onda gərginliyin də xeyli davam edəcəyini gözləmək olar. Nəzərə almaq lazımdır ki, sürüşmə sahələrindəki gərginlik adətən, yağıntı mövsümü qurtardıqdan sonra bir neçə həftəyə qədər davam edir”.
Bu barədə "Bizim Yol”a Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, çoğrafiya üzrə fəlsəfə doktoru, dosent Nəriman Paşayev bildirib.
O deyib ki, Azərbaycan ərazisində yüzdən çox sürüşmə sahəsi var: "Onlarım demək olar ki, hamısı yaşayış məntəqələrinin ərazisindən keçir. Sürüşmələrin aktiv olduğu rayonlar Dağlıq Şirvan ərazisindədir, yəni, Şamaxı İsmayıllı, Ağsu və Qobustandadır. Xüsusən Gürcüvan, Hinqar, Talış, Nüycü, Xasıdərə kəndlərin ətrafında sürüşmə pik həddinə çatıb. 
Bu gün Dağlıq Şirvanda əhalisi 43,5 min nəfərdən çox olan 70 yaşayış məntəqəsində hazırda sürüşmə gedir. Təkcə İsmayıllı rayonunda əhalisi 20 min nəfərdən ibarət olan 40-dan çox yaşayış məntəqəsində hazırda sürüşmə var. 
Şamaxıda əhalisi 15 min nəfərdən çox olan 15 yaşayış məntəqəsində eyni təhlükə hökm sürür. Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə hər il olduğu kimi bu il də aktivdir. Tarixə nəzər yetirəndə məlum olur ki, sürüşmə nəticəsində təkcə İsmayıllının Kirşan və Ximran kəndləri məhv olub. Varna kəndinin ərazisi sürüşmə zonası olduğu üçün bu kəndin əhalisini 1988-ci ildən ordan köçürdülər. Amma son zamanlar əhali yenidən orda məskunlaşmağa başlayıb. Ordan yaylaq kimi istifadə edirlər. Amma olmaz. Onu da vurğulayım ki, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Ağsu aşırımda da sürüşmə aktivləşib”.
Nəriman Paşayev deyir ki, Quba-Xaçmaz zonasında, Quba-Xınalıq, Quba-Qonakənd, Qusar-Sudur avtomobil yolunun ətrafında olan bütün yaşayış məntəqələrinsə sürüşmə aktivləşib: "Çünki son zamanlar bu əraziyə yağıntının miqdarı normadan iki dəfə artıq yağıb. Sakinlər və sürücülərin həyatına təhlükə yaranıb”.   
Mütəxəssis bildirir ki, paytaxt ərazisində də sürüşmə sahələri aktivləşib: "Bakıda Zığ şossesi, Qaraçuxur, Yeni Yasamal, Masazır gölü ətrafında, xüsusilə Bayıl sürüşmə ərazisində, Neftçilər prospekti ilə Şəhidlər Xiyabanı arasında olan sahədə sürüşmənin aktivliyi pik həddə çatıb. Əhmədli yaşayış məntəqəsində, Gəncə prospekti ərazisində də sürüşmə təhlükəsi bu də davam edir. 
4 hektar ərazini əhatə edən Zığ şossesinin ərazisi ən təhlükəli sürüşümə ərazisidir”.
Coğrafiya İnstitutunun şöbə müdiri bildirir ki, Gəncə-Qazax ərazində sürüşmə zonasıda fəllaşma müşahidə olunur: "Xüsusən Gəncə-Toğana, Gəncə-Hacıkənd avtomobil yollarında ətrafında sürüşmə aktivləşib”. 
N.Paşayev Lənkəran-Astara regionunda da sürüşmə zonasının aktivləşdiyini bildirib. Lənkərən-Lerik avtomobil yolunun ətrafında sürüşmə ötən ilə nisbətən daha da fəallaşıb. 
Mütəxəssis deyir ki, əhalinin sürüşmə zonasında məksunlaşmasının qarşısını almaq mümkün deyil: "Çünki insanlar sürüşmə zonalarından harda olmasından xəbərsizdirlər. Torpaq satan şəxslər isə əhaliyə bu barədə məlumat vermirlər. Belə məskunlaşmanın səbəbkarlarından biri də kütləvi informasiya vasitələrdir. Ona görə ki, maarifləndirmə işi aparılmır, sadəcə yağışlar yağanda bu mövzuya toxunulur. İl ərzində bu məsələ gündəmdə saxlanılmalıdır, alimlərdən müsahibələr alınmalıdır ki, əhali də sürüşmə zonalarının harda olmasından xəbərdar olsun. Bununla yanaşı, müvafiq qurumlarda xəritə olmalıdır və həmin xəritədə sürüşmə zonaların sahəsini təhlükəni ifadə edən qırmız rənglə göstərilməlidir”.
Nəriman Paşayevin sözlərinə görə, sürüşmə yeganə təbii fəlakətdir ki, insanın onun qarşısını ala, hətta ümumiyyətlə ləğv edə bilər. Çünki sürüşməni yaranmasının 50 faiz səbəbi elə insandır. 
"Bilirik ki, sürüşmə əraziləri meyilli sahədir, gilli torpaqlardır. Burada çoxlu ağaclar əkmək, yol çəkilibsə yol kənarında suyun axması üçün qurğular quraşdırmaq lazımdır.  Şəki-Zaqatala ərazisində sürüşmə yoxdur. Niyə? Çünki oradan ağaclar sıx əkilib. Ağacların kökü dərinə gedir və beləliklə sürüşmənin qarşısı alınır.
Əgər dözülməz vəziyyət yaranıbsa, mühəndis qurğuları, istinad divarları qurulmalıdır. Bunun üçün dövlət vəsaiti ayrılmalı və vəsait düzgün xərclənməlidir”






Fikirlər